Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Xəbərlər
5 May , 2021


Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib.

Adil İsgəndərov 1937-ci ildən Bakı Teatr Məktəbində, sonralar isə Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, neçə-neçə kursa rəhbərlik edib. 1956-cı ildən professor idi. Azərbaycan SSR Ali Sovetinin dördüncü və beşinci çağırış deputatı olub. Teatrdan uzaqlaşdırılandan sonra "Azərbaycanfilm" kinostudiyasında sıravi rejissor işləmiş, 1966-1974-cü illərdə oranın direktoru olmuşdur. Özü "Əhməd haradadır?" kinokomediyasının ekran rejissorudur.

Adil İsgəndərov "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasındakı rejissor işinə görə 1948-ci ildə Stalin mükafatı (sonralar "SSRİ Dövlət mükafatı" adlandırıldı) ilə təltif olunub. Görkəmli teatr xadimi böyük sənət nailiyyətlərinə görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (4 dekabr 1938), xalq Artisti (17 iyun 1943) və SSRİ Xalq Artisti (9 iyun 1959) fəxri adlarına layiq görülüb.

Adil Rza oğlu İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.