Abşeron Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron MKS
Tədbirlər
14 Oktyabr , 2022


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanası Şuşa ili çərçivəsində Heydər Əliyev Mərkəzində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir təşkil edib. İlk növbədə Azərbaycan Respublikasının Dövlət himni səslənib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış üçün söz Mərkəzi Kitabxananın direktor vəzifəsini m.i.e Esmira Şahbazovaya verilib. Esmira xanım bu günkü tədbirin əhəmiyyətindən söz açıb. Sonra şəhid Veysəl Musibovun həyat yoldaşı Məryəm xanım çıxış edərək, şəhidimizin döyüş yolundan danışıb. Tədbirdə şəhid Allahverdi Tağıyev, Emin Ağazadə, Nurlan Atakişiyevin ailələri də iştirak ediblər. Qonaq qismində iştirak edən şair publisist Xanlar Zəngəzurlu və əməkdar müəllimə Validə Məmmədova Şuşaya həsr etdikləri şeirləri səsləndiriblər. Tədbirdə 2 nömrəli məktəbin müəlliməsi Gözəl Abbasovanın şagirdləri fəal çıxış edərək, Şuşanın tarix boyu keçdiyi mərhələləri səhnələşdirib, şeirlər, mahnılar ifa ediblər. Həmçinin Qobu məktəbinin şagirdləri mahnılar, Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin tələbəsi Ülvi Ağamalızadə “Xudayar təsnifi ”ni ifa edib. Tədbirin təşkilatçısı MKS-in əməkdaşı Günel Cəbrayılova iştirak edən hər kəsə öz minnətdarlığını bildirib, sözü qazilərimiz Mobil Əhmədzadə və Vasif Allahverdiyevə verib. Sonda Esmira xanım tədbirin təşkilatçıları və fəallarına “Təşəkkürnamə” təqdim edib.