Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
22 İyul , 2015

21.07.2015-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında 1940-cı il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində anadan olub, 1968-74-cü illərdə Cəncə Dövlət Pedaqoji Universitetinin tarix fakultəsində təhsil alan, 1992-ci ildə “Yazıçı” nəşriyyatında “Laçında dillənən saz”, 2012-ci ildə “Adiloğlu” nəşriyyatında “Mən belə yaşadım” adlı şeirlər kitabının müəllifi, 1976-cı ilin Ümumittifaq Festivalı laureatı, şair –aşıq Aşıq Umbayla görüş keçirildi. Görüşü giriş sözü ilə MKS-nin direktoru M.Abdullayeva açdı, Aşıq Umbayın yaradıcılığı ilə baqlı məlumat verdi. Şair Xaliq Laçınlı Laçınlı günlərində Aşıq Umbayın apardığı məclislərdən, onun el-oba sevgisindən danışdı. 
Sonda Aşıq Umbaya söz verildi. O yaradıcılığından nümunələri iştirakçıların nəzərinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı.