Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Haqqımızda
25 Fevral , 2015

Abşeron  Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsası 1952-ci ildə Xırdalan qəsəbəsindəki uşaq bağçasının yerləşdiyi binada qoyulub. Sonradan bir neçə binaya köçürülən kitabxana 1975-ci ildə Xırdalan şəhəri, 27-ci məhəllə, 4 a saylı binaya yerləşdirilib və bu günədək həmin binada fəaliyyət göstərir. Kitabxana 1977-ci ildən rayonun qəsəbə və kəndlərindəki kitabxanalarla birlikdə  Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi olub. İndiki Xızı rayonunun qəsəbə və kənd kitabxanaları da vaxtilə Abşeron rayon MKS-nin filialları olub və 1992-ci ildə Xızı rayonu ayrılandan sonra Abşeron rayon MKS-nin 18 filialı fəaliyyət göstərib. 2004-cü ildə şəxsi evlərdə yerləşdiyinə görə Masazır, Aşağı Güzdək və Qobustan kənd kitabxana filialları bağlanıb. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan  Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanalarının, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi  strukturu və ştat  vahidləri”nin  təsdiq edilməsi  haqqında 11 oktyabr 2011-ci il 162 saylı qərarına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 3213/19 saylı məktubuna və Abşeron rayon İcra Hakimiyyəti başçısının 172 saylı 10.02.2012-ci il tarixli sərəncamına əsasən Abşeron rayon MKS-nin 14 saylı  Xırdalan şəhər, 16 saylı İH kitabxanası  Mərkəzi  Kitabxanaya, 11 saylı (2 saylı sovxoz) kitabxana filialı 5 saylı Mehdiabad qəsəbə kitabxana flialına, 13 saylı Tuğ-zavod kitabxana filialı isə 2 saylı Ceyranbatan qəsəbə kitabxana filialına birləşdirilib, 6 saylı Güzdək qəsəbə Kitabxana filialı da  bağlanıb. Hazırda Abşeron MKS-də Mərkəzi Kitabxana və 9 kitabxana filialı var.

1. 1 saylı Qobu qəsəbə kitabxana filialı

2. 2 saylı Ceyranbatan qəsəbə kitabxana filialı                                                                                                                                                             

3. 3 saylı Saray qəsəbə kitabxana filialı

4. 5 saylı Mehdiabad qəsəbə kitabxana filialı

5. 7 saylı Hökməli  qəsəbə kitabxana filialı

6. 8 saylı Novxanı  kənd kitabxana filialı

7. 9 saylı Fatmayi  kənd kitabxana filialı

8. 11 saylı Pirəkəşkül  kənd filialı

9. 12 saylı Görədil  kənd kitabxana filialı

 Kitabxana fondunun ümumi həcmi (cəmi) 257 min 872 nüsxə, kitabxananın oxucularının (istifadəçilərinin) ümumi sayı: 16 min 979 nəfər təşkil etmişdir. Oxucu gəlişi 123 min 405 nəfər, kitab verilişi 364 min 122, rayon Mərkəzi Kitabxanası və onun filiallarının iş rejimi - 6 gündür.