Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
27 Avqust , 2015

Abşeron rayon Mərkəzi Kitabxanası 27.08.2015-ci il tarixində Ağcabədi rayonunda məskunlaşmış 1940-cı il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində anadan olub, 1968-74-cü illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakultəsində təhsil alan, 1992-ci ildə “Yazıçı” nəşriyyatında “Laçında dillənən saz”, 2012-ci ildə “Adiloğlu” nəşriyyatında “Mən belə yaşadım” adlı şeirlər kitabının müəllifi, 1976-cı ilin Ümumittifaq Festivalı laureatı, şair-aşıq Aşıq Umbayla görüş keçirdi. Görüş ustadın yaradıcılığında vətənpərvərlik mövzusuna həsr olunmuşdu. Görüşü giriş sözü ilə MKS-nin direktoru M.Abdullayeva açdı, Aşıq Umbayın yaradıcılığı ilə bağlı məlumat verdi. Şair Pərviz Axund, direktor müavini Rəşidə Rzayeva, böyük kitabxanaçı Vəfa Vəliyeva, Elşən Cəbrayılov ustadların yaradıcılığının uşaq və gənclərə təsirindən danışdı. Aşıq Umbayın oğlu Mirzəxan Axundov atasının yaradıcılığının onlara təsirindən danışdı və minnətdarlığını bildirdi.Sonda Aşıq Umbaya söz verildi. O Laçınlı günlərindən, el-obaya sevgisindən danışdı, yaradıcılığından nümunələri iştirakçıların nəzərinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı.