Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
20 İyul , 2015

Azərbaycan xalqının ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşr olunması gününə əsaslanan Milli Mətbuat gününün 140-cı ildönümündəyik. Bu gün münasibəti ilə Abşeron rayon MKS-nin Mərkəzi Kitabxanasında “Mətbuat-140” başlıqlı sərgi quraşdırıldı. (02 iyul 2015-ci il), oxucularla söhbət aparıldı və tədbir keçirildi (20 iyul 2015 -ci il). Tədbirdə Kitabxananın nəzdində fəaliyyət göstərən “Od parçası” ədəbi məclisinin üzvlərindən Xaliq Laçınlı, Məmməd Kərəm, Səmayə Güləliqızı, Məlahət Yusifqızı və Xidmət şöbəsinin baş kitabxanaçısı Bibixanım Həsənova mətbuatımızın dünəni, bu günü və sabahı ilə bağlı çıxış etdi. Tədbirlə bağlı tövsiyyələri Metodika və biblioqrafiya şöbəsinin müdiri Almaz Əliyeva verdi.