Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
12 Avqust , 2015
12 avqust 2015-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında general, briqada komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin 120 illiyinə həsr olunmuş tədbir kiçirildi. Tədbiri MKS-nin direktoru M. Abdullayeva açdı, Naxçıvanskinin həyat və fəaliyyəti haqqında məlumat verdi və tədbiri istefada olan kapitan, Qarabağ müharibəsinin iştirakçı-veteranı, eyni zamanda şair, 2012-ci ilin Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatçısı, “Vətən sərhəddən başlanır” ədəbi-bədii qiraət müsabiqəsinin poema üzrə qalibi (“Sərhədçi düşüncələri” poemasına görə) Nurəddin Mirzəxanlıya istiqamətləndirdi. Nurəddin Mirzəxanlı əsil hərbiçi kimi tədbiri idarə etdi və iştirakçıları maraqlandıran sualları cavablandırdı.


Doğum tarixi: 10 avqust 1895
Doğum yeri: Naxçıvan
Vəfatı: 26 avqust 1938(43 yaşında)
Vəfat yeri: Moskva
Vəfat səbəbi: güllələnmişdir
Milliyyəti: Azərbaycanlı

Cəmşid Cəfərqulu oğlu Naxçıvanski (1895-1938) – məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-dətürk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur. C. Naxçıvanski 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunmuşdur və hökm dərhal icra edilmişdir.
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.