Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
27 May , 2015
27.05.2015-ci ildə Abşeron rayon MKS-nin 8 saylı Novxanı kənd kitabxana filialı ilə 7 sayli Körpələr Evi Uşaq bağçası Beynəlxalq Uşaq günü münasibəti və məktəb yaşı çatan uşaqların məktəbə yola salınması münasibəti ilə tədbir keçirdi. Tədbirin aparıcısı Əliyeva Günel İntiqam qızı, musiqi müşayətçisi Quluyeva Vüsalə Altay qızı, köməkçiləri Əliyeva Günay Qubad qızı, Qasımova Gülşən Xıdır qızı, Məmmədəliyeva Vəfa Aydın qızı idi.
Tədbiri giriş sözü ilə Uşaq bağçasının müdiri Əmrahova Nigar Tofiq qızı açdı. Davam olaraq bir-birindən rəngarəng nağıl-tamaşalar, mahnı və rəqslər, oyun və sual-cavablar, şeir çələngləri ardıcıllıqla əvəzləndi. Sonda MKS-nin direktoru, şair Məlahət Yusifqızı iştirakçıları uşaq şeirləri və tapmacaları ilə salamladı. Lalə Abuzərova çıxışında Kitab və kitabxananın uşaqların həyatındakı rolundan danışdı və uşaqları kitabxanadan istifadə etməyə çağırdı. Mərkəzi Kitabxananın İşçiləri Vüsalə Hüseynova və Vəfa Vəliyeva Uşaq ədəbiyyatından ibarət sərgi nümayiş etdirdi.