Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
27 May , 2015
27 May 2015 ci ildə Abşeron Mərkəzi kitabxanasının oxu zalında "28 May Respublika günü" münasibətilə məktəblilərlə görüş keçirildi. Görüş kitabxananın xidmət şöbəsinin müdiri Xatirə Zeynalova tərəfindən təşkil olunmuşdur. Kitabxananın direktoru Məlahət Yusifqızı çıxış edərək "28 May Respublika günü" haqqında uşaqlara məlumat verdi. Tədbirdə 2 saylı məktəbin 1-ci sinif şagirdi Zeynalova Şəfiqə, 5-ci sinif şagirdi Babayev Salman, 1 saylı məktəbin 7-ci sinif şagirdi Həsənova Fidan, 8 -sinif şagirdi Cəbiyev Hikmət "28 May Respublika günü"nə aid şeirlər söylədilər.