Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
5 İyul , 2015
2008-ci ilin oktyabr ayında Novxanı kənd 8 saylı kitabxana filialının müdiri Lalə Abuzərova, Sənətkarlıq Klubunun direktoru Sayad Quluyeva, direktor müavini Jalə Zülfüqarovanın təşəbbüsü ilə “Xəzər ulduzları” rəqs ansamblı yaradıldı. Ansambla rəhbərlik Kamil Ağazadəyə tapşırıldı. Kamil Ağazadənin fəallıq və ustalığı sayəsində az bir zamanda əhatə dairəsini genişləndirən ansambıl bu illər ərzində Novxanı kəndi ilə yanaşı Xırdalan şəhəri və Abşeronun digər kənd və qəsəbələrində, Saray Ruhi Xəstələr üçün Xəstəxanada, Daxili Qoşunların Hərbi Hissəsində, Sumqayıt şəhərinin bir sıra bayram tədbirlərində çıxış etdilər. Eyni zamanda Gürcüstan, Rusiya, Türkiyə və Latviya Respublikalarında da çıxışları oldu.
2010-cu ildə Azərbaycanda keçirilən Uşaq rəqs ansambllarının festivalında II yeri tutub, fərqlənmə diplomu və pulla mükafatlandırıldı.
İyul ayının 5-də Sumqayıt şəhər Uşaq və Gənclər Evində ansambl özünün 7 illiyini qeyd etdi. Tədbirdə klubun fəallarının ifası ilə müxtəlif tərtibatda, rəngarəng rəqslər bir-birini əvəz etdi və tamaşaçıların gürultulu alqışına səbəb oldu. Tədbirdən sonra “Turan” Ailəvi İstirahət Mərkəzində musiqili çay süfrəsi təşkil olundu. Burada ansamblın ildönümü şərəfinə hazırlanmış tort kəsilib süfrəyə verildi. Şənlikdə üzvlərlə yanaşı bütün iştirakçılar, o cümlədən uşaqların valideyn və müəllimləri uşaqlara qoşulub, rəqs etdilər və ürək sözlərini söylədilər.