Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Mədəniyyət və Turizm Şöbəsi
24 Fevral , 2015
Manafov İlham Atabala oğlu 1963-cü ildə  Xırdalan şəhərində anadan olub. 1970-ci ildən 1978-ci ilədək  Xırdalan şəhər indiki 4 saylı orta məktəbdə 8 illik təhsil aldıqdan sonra, 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub, 1982-ci ildə  tar ixtisası üzrə musiqi təhsili alıb. Texnikumu bitirdikdən sonra, 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul  olub. 1 il təhsil aldıqdan sonra 1983-cü ildə hərbi xidmətə çağırılıb, 1985-ci ildə ordu sıralarından təxris olunaraq təhsilini davam etdirib.1989-cu ildə Konservatoriyanı bitirdikdən sonra müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olub.1982-ci ildə Cənub Dövlət Kənd Tikinti Layihə İnstitutunda klub müdiri, 1990-1991-ci illərdə AEA-nın Fizika İnstitutunun “Selen” təcrübə zavodunda operator, 1991-94-cü illərdə “Azərbaycan” Estrada Teatrında sərəncamçı direktor kimi çalışıb. 2001-ci ildən indiyədək Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində işləyir. I-dərəcəli dövlət qulluqçusudur. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının və YAP Abşeron Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. Ailəlidir. 3 övladı var.