Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
15 Noyabr , 2016
15.11.2016-cı il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında kitabxananın tədbirlərində yaxından iştirak edən, şair Səmayə Güləliqızının bu günlərdə çapdan çıxan gəlişini alqışlayıb, uğurlar dilədiyimiz şeirlərdən və publisistik yazılardan ibarət olan "Uduzduğum sevgi" adlı kitabının təqdimatı keçirildi. Əslən Lənkəran rayonunun Boladi kəndindən olan Səmayə Güləliqızı 1985-ci ildən həyatını Abşeron rayonuna bağlayıb. Tədbirdə şair və yazıçılardan Yusif Hüseyn, Məmmədağa Ağarzaoğlu, Nurəddin Mirzəxanlı, Hafiz Rüstəm, Xaliq Laçınlı, Cavanşir Əsgər, Azad Qəlbinur, Məlahət Yusifqızı, Mina Rəşid, Qəhrəman Qənbər, Sənan Çıraq, Mail Məmmədli, Mehman İsmayılov, Mütalib Tahiroğlu, Nazir Rüstəm, Ağanənə Seyidqızı, Nuridə Misir, Esmira Məmmədli, Məmməd Kərəm, Təyyar Mirzə, Hüseynağa Cəlaloğlu və Pərvanə Muradova çıxış etdi. Səmayə Güləliqızı tədbir boyu yazılarından nümunələri diqqətə çatdırdı və kitabından kitabxanaya hədiyyə etdi.