Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Bakı 2015 Avropa Oyunları
28 İyun , 2015

Azərbaycan yığması I Avropa Oyunlarında qeyri-rəsmi komanda hesabında ikinci yeri təmin edib. görə, millimiz yarışın sonuna 1 gün qalmış medal sıralamasındakı izləyiciləri üçün əlçatmaz olub.

 

Komandamız belə uğura bu gün boksçularımızın sayəsində - 3 dəfə 1-ci, 1 dəfə 2-ci yeri tutmaqla imza atıb. Hesabında 21 qızıl, 15 gümüş və 20 bürünc medal olan yığmamız ümumilikdə 56 mükafata layiq görülüb.

 

Sabah cəmi 9 dəst medalın sahibi müəyyənləşəcəyindən yığmamızdan 10 və daha çox qızıl geri qalan komandalar 2-ci yer şansını itirib. Daha az fərqlə qabaqladığımız Almaniya ilə Böyük Britaniya isə Oyunların son günündə yığmamızı keçmək iqtidarında deyil. Çünki Birləşmiş Krallığın təmsilçiləri sabah heç bir yarışa qatılmayacaq. Almaniya isə sabahkı 4 finalın hamısında qalib gəlsə də, 2-ci yer Azərbaycanın olacaq.

 

Hazırda 3-cü olan britaniyalılar 18 qızıl, 10 gümüş və 19 bürünc, 4-cü pillədə qərarlaşan almaniyalılarda isə bu rəqəmlər 15, 16 və 33-dür. 64 medal qazanan sonuncular ümumi rəqəmdə 2-cidi. Rusiyadan geri qalan Almaniya millimizi qabaqlayır.  İlk “altılıq”da İtaliya və Belarus yığmaları da yer alıb.

 

Avropa Oyunlarının qalibi adını sona 3 gün qalmış təmin edən Rusiya yığması isə aktivindəki medalların sayını 161-ə çatdırıb. Qızıl medalının sayı (78) digər ölkələrin hər birinin mükafatlarının ümumi sayından çox olan şimallılar daha 40 gümüş və 43 bürüncə sahib olub.

 

Şimal qonşularımızın bu nailiyyətində qız üzgüçülərin rekord çıxışının da tolu az olmayıb. Avropa Oyunlarının 7 qat çempionu olan Arina Openışeva qızıl medal sayında rekord vurub. Onun hesabında 1 gümüş də var. Onun komanda yoldaşı Mariya Kameneva 9 medal qazanan yeganə idmançı kimi tarixə düşüb.

 

Bu üzgüçünün hesabında 6 qızıl, 1 gümüş və 2 bürünc var. Polina Yeqorova həmyerlilərindən geri qalsa da, 6 qat çempion olmağı bacarıb. Ümumilikdə 23 medal əldə edən bu 3 qız 19 qızıla sevinib ki, bu da Rusiya və Azərbaycan istisna olmaqla, istənilən ölkədən çoxdu.

 

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 16 günündə ümumilikdə 818 - 244 qızıl, 244 gümüş, 330 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 31-i çempionluq sevinci yaşayıb. Onlardan üçü bu gün ilk qızılına sevinib. Bunlar İrlandiya, Danimarka və Bolqarıstandı.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

78

40

43

161

2

Azərbaycan

21

15

20

56

3

Böyük Britaniya

18

10

19

47

4

Almaniya

15

16

33

64

5

İtaliya

10

25

10

45

6

Belarus

10

11

22

43

7

Fransa

9

11

18

38

8

Ukrayna

8

14

23

45

9

Hollandiya

8

11

9

28

10

Macarıstan

8

4

8

20

11

Serbiya

8

4

3

15

12

İspaniya

7

11

11

29

13

İsveçrə

7

4

3

14

14

Türkiyə

6

4

19

29

15

Belçika

4

3

3

10

16

Rumıniya

3

5

4

12

17

Portuqaliya

3

4

2

9

18

Polşa

2

8

10

20

19

Avstriya

2

7

4

13

20

Gürcüstan

2

5

8

15

21

İsrail

2

4

6

12

22

Slovakiya

2

2

3

7

23

Litva

2

1

4

7

24

İrlandiya

2

1

3

6

25

Xorvatiya

1

4

6

11

26

Yunanıstan

1

4

4

9

27

Bolqarıstan

1

3

5

9

28

İsveç

1

3

3

7

29

Danimarka

1

2

5

8

30

Sloveniya

1

1

2

4

31

Latviya

1

0

1

2

32

Çexiya

0

2

4

6

33-34

Estoniya

0

1

2

3

 

Moldova

0

1

2

3

35

San Marino

0

1

1

2

36-37

Ermənistan

0

1

0

1

 

Kipr

0

1

0

1

38-39 

Makedoniya

0

0

2

2

 

Norveç

0

0

2

2

40-42

Finlandiya

0

0

1

1

 

Kosovo

0

0

1

1

 

Monteneqro

0

0

1

1