Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
27 Sentyabr , 2017
19 sentyabr 2017-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Turizm gününə həsr olunmuş “Dəyirmi masa”, 27 sentyabr 2017-ci il tarixində isə Turizm gününə həsr olunmuş tədbir keçirildi. “Dəyirmi masa” keciriləcək tədbir və Mərkəz və kitabxana filiallarında turizmlə bağlı görüləcək işlər barədə söhbət aparıldı və müzakirələr edildi.Tədbirdə MKS-nin direktoru M.Abdullayeva, tərtibatçı-rəssam Zöhrə Cəfərova, Oxu zalının müdiri Şövkət İlyasova, Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri İradə Əliyeva, biblioqraf Pəri Muradova, Hökməli qəsəbə kitabxana filialının müdiri Elmira Məmmədova, baş kitabxanaçı Amaliya Həsənova, Şəki şəhərindən kitabxanamıza gəlmiş, Azad Qəlbinurun dostu, şair Musa Həşimov, abşeronlu şairlərdən Azad Qəlbinur, Xaliq Laçınlı və b. çıxış etdi və müzakirələrdə iştirak etdi.