Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
1 Dekabr , 2017
01 dekabr 2017-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Milli Hüquq Evinin direktoru, tanınmış hüquqşünas, gözəl vətəndaş NİCAT GÖZƏLOVLA görüş keçirildi. İlk olaraq hüquqşünas Nicat Gözəlov geniş məruzə ilə çıxış etdi. Görüş –tədbirin məqsədi iştirakcılarla hüquqla bağlı söhbət aparmaq, onları maraqlandıran sualları cavablandırmaq oldu. İştirakçılar banklarla, işsizliklə, sosial müavinətlə, uşaq, qadın, kişi hüquqları ilə, torpaqla və s.-lə bağlı sualların cavabını aldılar. Tədbirdə müxtəlif yaş qrupunun və müxtəlif peşə sahiblərinin iştirakı təmin olunmuşdur, eyni zamanda Nicat müəllimin həmkarlarından da görüşdə iştirak edirdi. Kitabxanalarda planlaşdırılan təmənnasız və ardıcıl olaraq keçirilən “hüquq dərsləri” hər bir kəsin ürəyincədir.