Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Abşeron abidələri
26 Yanvar , 2018
Abşeron rayonunun,Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir.Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir.XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb.Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar,təsərrüfat binaları var.Qaraçı karvansarası əhəng daşından tikilib.Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb.Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.