Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Xəbərlər
4 May , 2018
Hər il 01-10 may tarixlərində Abşeron rayonunda kitab bayramı keçirilir. Ənənəyə sadiq qalaraq bu ildə may ayının 4-də Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə möhtəşəm kitab bayramı keçirildi.

Bayram tədbirini giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayon üzrə nümayəndə, əməkdar mədəniyyət işçisi İlham Manafov kitab sevərləri və qonaqları Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun adından salamlayıb və tədbirin əhəmiyyətindən danışıb.

İ.Manafov kitabların gənc nəslin formalaşmasında, onların dünyagörüşünün inkişafında rolundan danışıb, onlara daima mütaliə etməyi məsləhət görüb.

Sonra MKS-in direktoru Məlahət Abdullayeva çıxış edərək kitabxanaların insan həyatındaki rolundan və əhalinin son zamanlar kitabxanalara üz tutmasından geniş bəhs edib. M.Abdullayeva qeyd edib ki, tədbirin məqsədi oxucularda qiraətə, klassik və müasir ədəbiyyata, eləcə də dünya ədəbiyyatına maraq yaratmaqdır.

Tədbirdə incəsənət ustalarının ifasında, tanınmış şair və yazıçılarının əsərləri səsləndirilib.

Tural Kazımlı

Abşeron rayonunda “Kitab bayramı” keçirildi