Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
9 Oktyabr , 2018
09 oktyabr 2018-ci il tarixində Mərkəzi Kitabxanada böyük Turançı, araşdırmaçı, şair-ozan, BATTAM-ın (Batı Trakya Türkləri Araşdırma Mərkəzi ) başkanı Özkan Hüseynlə görüş və ona həsr olunmuş “Türkün səsi və sözü” adlı II kitabın təqdimatı kiçirildi. Tədbiri Abşeron MKS-nin direktoru M. Abdullayeva açıb, qonaq və iştirakçılari salamladı. Tədbirdə Özkan Hüseyn özü haqqında məlumat verdi, kitabın tərtibçisi Şəfəq Sahiblinin, redaktoru Narıngülün kitab və müəllif haqqında çıxışları dinlənildi. Şairlərdən Xaliq Laçınlının, Əkbər Qoşalının, Nafilə Müntəzirin, Balayar Sadiqin, Rəna Mərzilinin, Sənan Çırağın, Aləmzər Sadıqqızının, Səmayə Güləliqızının, Arzu Nehrəmlinin, Nuridə Misirin, Azad Qəlbinurun, Ruslan Məmmədov, Vüsal Ağayevin, Şəlalə Çingizin, Bahar Abbasovanın, Sevda Əhədovanın, kitabxana işçilərindən Pəri Muradovanın, rəssam Zöhrə Cəfərovanın çıxışları da maraqla dinlənildi, “Fəxri fərman”lar, kitab və hədiyyələr iştirakçılara təqdim olundu. Özkan Hüseyn Abşeron MKS –in mərkəz və filiallarına kitab hədiyyə etdi.