Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
7 Oktyabr , 2018
07.10.2018-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında bölgə şairlərimizdən Talıb Həsənoğlu Məmmədlinin 60 illik yubileyi və "Dünya məni əyləndirmə, düşündür" kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru M.Abdullayeva açıb, tədbiri aparmaq üçün sözü müəllifin qardaşı, şair Mail Məmmədliə verdi. Kitabın redaktoru, şair İdrak Rəhimoğlu, digər şairlərdən Quba rayonunda yaşayan Ramiz Qusarçaylı, Qobustan raonunda məskunlaşmış Kəlbəcərli şair Əlövsət Saldaş, Rizvan Nəbioğlu, Qarabağ müharibəsinin iştirakçı-veteranı, eyni zamanda şair, 2012-ci ilin Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatçısı Nurəddin Mirzəxanlı, Nuridə Misir, Xaliq Laçınlı, Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Esmira Məmmədli, Xuraman Camalqızı, Bənövşə Daşlılı, Vüsal Ağayev, Məlahət Fərəcova, müəllifin qardaşı, şair Bəxtiyar Məmmədli, bacısı qizi Elvira müəllim, Folklor İnstitutunun əməkdaşı Sevinc Hüseynova, əsgərlik yoldaşı Zabil müəllim, uşaqlıq dostu Vahid Hümbətov, Nailə müəllim, Kitabxananın əməkdaşı Pərvanə Muradova çıxış etdi, tədbir boyu Bahar Abbasova və digər iştirakçılar müəllifin və digər şairlərin çeilərindən nümunələr səsləndirdilər. Müəllif də həmçinin tədbirboyu şeirlərindən diqqətə çatdırdı və kitablarından kitabxanaya və iştirakçılara hədiyyə etdi.