Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Xəbərlər
5 Oktyabr , 2018

Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur.

Müəllim – bu sözdən müqəddəs nə ola bilər?! Çoxlarımız fikirləşib deyərik ki,yalnız “Ana” və "Vətən" kəlmələri!

Amma, daha dərindən fikirləşsəniz anamız bizi dünyaya gətirib ilk addım atmağı,ilk sözləri deməyi öyrədibsə,müəllimlərimiz də ağ vərəqlər üzərində ilk dəfə “Ana,Ata, Vətən,” kəlmələrini yazmağı öyrətmiş,onların mənasını açıqlamış,bizə uzaq ulduzların sirrini açmış,tariximiz və keçmişimizlə tanış etmişdir.

Hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü (World Teaches' Day) qeyd edilir.Bu bütün müəllimlərin,təhsil sistemi işçilərinin peşə bayramıdır.

Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar,bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər.

Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan həyatım boyu borclu olduğum bütün müəllimlərimi və onların şəxsində əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik edirəm!
Bayramınız mübarək!