Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Xəbərlər
18 Sentyabr , 2018

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Bildirək ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəyli müxtəlif tarixlərdə Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti və digər fəxri adlar qazanıb.