Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
15 Oktyabr , 2018
15.10.2018-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Qarabağ uğrundakı döyüşlərdə hərbi hissə kəşfiyyatçısı, motaatıcı batalyonunda döyüşçü qadın Gülpəri Bulud qızı Sərkərovaya həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru M.Abdullayeva açıb, sözü səbəbkara verdi. Şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şairlərdən Hafiz Rüstəm, Azər Fərmayıl oğlu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliinin sədri Rada Abbas, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin sədri Zaur Qərib, Aybəniz Qafarlı, Xeyrulla Ağayev, Mail Məmmədli, Xaliq Laçınlı, Səriyyə Vəlizadə, Püstə Sahibqızı, Vüsal Ağayev, Nuridə Misir, Kitabxananın əməkdaşı Pərvanə Muradovanın çıxışı dinlənildi. Tanınmış aşıq Azər Fərmayıloğlu, Zəminə Abışova rəngarəng ifaları ilə tədbiri müşayət etdi.