Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
27 Oktyabr , 2018
27.10.2018-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Zəngilan raonunun işğalının 25 illiinə həsr olunmuş “Zəngilansız 25 il” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru M.Abdullayeva tərəfindən açılıb, şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Əsas çıxışı zəngilanlı yazıçı, Zəngilan döyüşlərinin iştirakçısı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəri etdi. Tədbirdə Qarabağ müharibəsinin iştirakçı-veteranı, eyni zamanda Zəngilan döyüşlərinin iştirakçısı, şair, 2012-ci ilin Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatçısı Nurəddin Mirzəxanlı, şairlərdən Mürvət Qədimoğlu Həkəri, Səriyyə Vəlizadə, Tofiq Seyidov, Xatirə Əzizqızı, Sənan Çıraq, Səadət Kamilqızı, Səmayə Güləliqızı, Sülhiyyə Musaqız, Cəfər Mehman, Mail Məmmədli, Xaliq Laçınlı, Esmira Məmmədli, Vüsal Ağayev, Nuridə Misir, Babək Nuruyev, Nailə müəllim, Kitabxananın əməkdaşı Pərvanə Muradova çıxış etdi, tədbir boyu Bahar Abbasova, Aysu Vəlizadə və digər iştirakçılar iştirakçı müəlliflərin və digər şairlərin vətənpərvər şeirlərindən nümunələr səsləndirdilər. Tədbirdə “Zəngilan harayı” adlı sərgi nümayiş olundu.