Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
2 Noyabr , 2018

Hər kəs hüququnu bilməlidir
Hüquqşünas Nicat Gözəlovla görüş

02 noyabr 2018-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Uşaq hüquqları aylığı” çərçıvəsində Milli Hüquq Evinin direktoru, tanınmış hüquqşünas, gözəl vətəndaş Nicat Gözəlovla görüş keçirildi. Kitabxanalarda planlaşdırılan ödənişsiz və ardıcıl olaraq keçirilən “hüquq dərsləri”nin bu dəfəki tədbiri uşaq hüquqlarına həsr olundu.
İlk olaraq hüquqşünas Nicat Gözəlov geniş məruzə ilə çıxış etdi. Görüş –tədbirin məqsədi iştirakcılarla hüquqla bağlı söhbət aparmaq, onları maraqlandıran sualları cavablandırmaq oldu. İştirakçılar uşaq hüquqları ilə bağlı sualların cavabını aldılar. Eyni zamanda Nicat Gözəlov tədbir müddətində vidio-çarxlardan, sladlardan istifadə etdi. Kitabxanada “Hüquq” başlıqlı sərgi düzənlənmişdi.