Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
2 Noyabr , 2018
02 noyabr 2018-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Milli Hüquq Evinin direktoru, tanınmış hüquqşünas, gözəl vətəndaş Nicat Gözəlovla görüş keçirildi. İlk olaraq hüquqşünas Nicat Gözəlov geniş məruzə ilə çıxış etdi. Görüş –tədbirin məqsədi iştirakcılarla hüquqla bağlı söhbət aparmaq, onları maraqlandıran sualları cavablandırmaq oldu. Tədbirdə müxtəlif yaş qrupunun və müxtəlif peşə sahiblərinin iştirakı təmin olunmuşdur. Eyni zamanda Nicat müəllim tədbirdə vidio-çarx və slaydlardan istifadə edərək tədbiri daha da canlı etdi. Kitabxanalarda planlaşdırılan ödənişsiz və ardıcıl olaraq keçirilən “hüquq dərsləri”nin davamı olan bu tədbirdə “Huquq” başlıqlı sərgi nümayiş olundu və Cümhuriyyət tarixinə nəzər-diqqət cəlb olundu, sənədli filmə baxıldı.