Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
6 Noyabr , 2018
06.11.2018-ci il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında 31 may 1952-ildə Qubadlı rayonunda dünyaya göz açan, 1982-ci ildə ADU-nun tarix fakültəsini bitirən, şair, AYB, AJB-nin üzvü, “Araz”, “Əhməd Xan”, “Vətən övladı”, “İlin nüfuzlu ziyalısı”, “Qızıl qələm” və s. ədəbi mediya mükafatları laureatı, 14 kitab müəllifi Mürvət Qədimoğlu Həkəri ilə görüş keçirildi. Tədbir giriş sözü ilə MKS-in direktoru M.Abdullayeva tərəfindən açıldı. Tədbirdə Qarabağ müharibəsinin iştirakçı-veteranı, 2012-ci ilin Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatçısı Nurəddin Mirzəxanlı, “Maarif” və “Kövsər” nəşriyyatının baş redaktoru, şair Hafiz Rüstəm, Zəngilan döyüşlərinin iştirakçısı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəri, digər şairlərdən Sənan Çıraq, Mail Məmmədli, Xaliq Laçınlı, Esmira Məmmədli, Səmayə Güləliqızı, Məlahət Fərəcova, Mütalib Tahiroğlu, Vüsal Ağayev, Sevda Əhədova, Xəlil Əhmədbəyli, Kitabişləmə və Komplektləşdirmə şöbəsinin işçisi Pərvanə Muradova çıxış etdi. 
Tədbirboyu Mürvət Qədimoğlu Həkəri öz şeirlərindən, Bahar Abbasova müəllifin şeirlərindən diqqətə çatdırdı və müəllif kitablarından kitabxanaya hədiyyə etdi.