Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Elanlar
7 Dekabr , 2018

Sizi 08.12.2018-ci il saat 14-də Abşeron rayon Mərkəzi Kitabxanasında şair, publisist-hərbi jurnalist, tərcüməçi, maarifçi, tədqiqatçı, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Fikir antologiyası” seriyasının (dünya filosoflarının nəşri) baş redaktoru, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri, . “Qaşla göz arasında” (şeirlər),“Otuz yeddini keçəndə” (şeirlər), “Ürəyin baxdığı yerdən” (şeirlər), “Seçilmişlər və mən” (publisistika), “İlkim də sən, indim də sən, sonum sən” kitablarının müəllifi, alman şairləri Y.V.Hötenin, H.Haynenin, H. Fallerslebenin şeirlərinin, rus dilindən fransız filosofu və psixoloqu G.Fon le Bonun “Kütlə psixologiyası”, Çin filosofu U-Tszinin “Qədim Çinin yeddi hərb qanunu”, Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən”, detektiv yazıçı Ç.Abdullayevin “Müqəddəs olmaq istəyi” əsərlərinin tərcüməçisi Əzizxanlı Qardaşxan Nəhmət oğlunun görüşünə dəvət edirik.

Ünvan: Xırdalan şəhəri, 27-ci məhəllə, bina 4a. (“Bizim market”lə üzbəüz beşmərtəbənin I mərtəbəsi). 119, 535 saylı avtobuslar.