Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Xəbərlər
21 Dekabr , 2018
Sovet İttifaqı qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illiyi münasibətilə Abşeron rayonunda silsilə tədbirlər keçirilir.

Bu münasibətlə dekabrın 21-də Abşeron rayonu Novxanı kənd Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümü təntənəli qeyd olunub.

İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Novxanı kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyub və Mehdinin adını daşıyan məktəbdə onun xatirəsinə yaradılmış muzeylə tanış olub. 
Rayon rəhbərinə məlumat verilib ki, o dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının və ailəsinin təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında dolğun təəssürat yaradır.

Məktəbin akt zalında davam etdirilən tədbirdə dövlət himni səsləndirilib, dövlət bayrağı səhnəyə gətirilib. Daha sonra “Onun təxəllüsü Mixaylo idi” adlı sənədli film nümayiş etdirilib. 

Məktəbin direktoru Taliyə Mirzəyeva qəhrəmanın həyat yolu haqqında ətraflı məlumat verib. 

Yubiley mərasimində çıxış edən İradə Gülməmmədova bildirib ki, 1941–1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 iyun 2018-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələrək respublikamızda silsilə tədbirlər keçirilir, qəhrəmanımızın həyat yoluna növbəti dəfə baxılır. 

Böyük Vətən Müharibəsində qələbə qazanmağımızda Mehdi Hüseynzadənin misilsiz rolu, onun bir kəşfiyyatçı kimi ötürdüyü hərbi informasiyalar və ümumilikdə Azərbaycan igidlərinin göstərdiyi şücaət danılmaz faktdır. Məhz belə qəhrəmanların rəşadəti sayəsində hərb tariximiz zənginləşmiş, özündən sonra gələn nəsil üçün bir örnəyə çevrilmişdir. 

Xüsusilə qeyd edilib ki, sovetlər dövründə Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsinin təşəbbüskarı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev bu ənənəni davam etdirir.

Xanım başçı, əmin olduğunu bildirib ki, Həzilər, Mehdilər, Mübarizlər yetirən Vətən torpağı heç vaxt işğalla barışa bilməz və barışmayacaq. Azərbaycanın üçrəngli bayrağı işğal altında olan əzəli torpaqlarımızda da dalğalanacaq.

Daha sonra “Əfsanəvi Mixaylo” kitabının müəllifi Şəmistan Nəzirli, Abşeron qəzetinin baş redaktoru Elimxan Mehrəliyev və digər natiqlər çıxış edərək xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat əməliyyatlarındakı uğurlarından söhbət açıblar.

Yubiley tədbirində şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.

Şamo Əliyev

Abşeronda Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd edildi