Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
25 Fevral , 2019

25 fevral 2019-cu il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında “Xocalı soyqırımı -27” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru M.Abdullaeva açdı və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Qarabağ müharibə sinin iştirakçı-veteranı, eyni zamanda şair, 2012-ci ilin Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatçısı, “Vətən sərhəddən başlanır” ədəbi-bədii qiraət müsabiqəsinin poema üzrə qalibi (“Sərhədçi düşüncələri” poemasına görə) Nurəddin Mirzəxanlıya, şair Hümbət Şamil oğlu Məmmədova, şair, uzun illər “Maarif” və “Kövsər” nəşriyyatının redaktoru Hafiz Rüstəmə, Qubadlı Özünümüdafiə Könüllülər Dəstəsinin döyüşçüsü Mütalib Tahiroğluna, şairlərdən Xaliq Laçınlıya, Cavanşir Əsgərə, Rəna Mərziliyə, Sülhiyyə Musaqızına, Esmira Məmmədliyə, Səmayə Güləliqızına, Telli Borçalıya, Mürvət Qədimoğlu Həkəriyə, Səmayə Güləliqızına, Vüsal Ağayevə, Şahnəzər Qarabağlıya, kitabxananın əməkdaş larından Pərvanə Muradovaya, Zöhrə Cəfərovaya verildi. Bahar Abbasova Xocalı soyqırımını əks etdirən şeirlərdən, eyni zamanda müəlliflər öz şeirlərindən diqqətə çatdırdılar. Tədbirdə “Tarixin Qan yaddaşı” adlı daimi sərgi və “Xocalı” adlı sərgi nümayiş olundu.

Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.

Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.