Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
17 Mart , 2019

17.03.2019-cu il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında şair, AYB-nin üzvü, publisist və iki şeirlər kitabının müəllifi Səmayə Güləliqızının yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbir müəllifin yaradıcığının müzakirəsi şəklində quruldu, müxtəlif fikirlər söylənildi, tövsiyələr olundu, şeirlərindən nümunələr səsləndirildi, ərəfəsində olduğu ad günü qeyd olundu və təbrik edildi. Tədbirdə Aşıq Azər Fərmayıloğlu, şairlərdən Xaliq Laçınlı, Cavanşir Əsgər, Mütalib Tahiroğlu, Esmira Məmmədli, Aybəniz Qafarlı Qaragilə, Məlahət Yusifqızı, Sənan Çıraq, Vüsal Ağayev, Səadət Kamilqızı, Kitabxananın b. metodisti Pərvanə Muradova, Xəlil Əhmədbəyli və b. iştirak etdi. Müəllifin şeirlərindən nümunələri Qiraətçi Bahar Abbasova səsləndirdi.

Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.