Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
24 Aprel , 2019

24.03.2019-cu il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında şair, AYB-nin və bir neçə ədəbi məclislərin üzvü, şair-memar Səadət Kamil qızı İbrahimovanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş olaraq MKS-in direktoru M.Abdullaeva açdı, müəllifin həyat və yaradıcılığı haqqında məlumat verdi. Digər iştirakçılardan Qarabağ uğrundakı döyüşlərdə hərbi hissə kəşfiyyatçısı, motaatıcı batalyonunda döyüşçü qadın Gülpəri Bulud qızı Sərkərova, onun həyat yoldaşı, şairlərdən Xaliq Laçınlı, Cavanşir Əsgər, Məlahət Yusifqızı, Esmira Məmmədli, Səmayə Güləliqızı, Azad Qəlbinur, Sənan Çıraq, Vüsal Ağayev, Qubadlı Özünümüdafiə Könüllülər Dəstəsinin döyüşçüsü, şair Mütalib Tahiroğlu, Kitabxananın b. metodisti Pərvanə Muradova, Qiraətçi Bahar Abbasova, Nailə müəllim çıxış edib, müəllifi yaradıcılıq və ad günü münasibəti ilə təbrik etdi.