Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
6 İyul , 2019

06 iyul 2019-cu il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışan, 50-dən çox elmi əsərin, "Normal fiziologiya" adlı dərsliyin müəllifi, «Aterosklerozun yarananmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəli, Vətən, millət, insanlıq, səmimilik təəsübkeşi Rəşid Mahmud oğlu Mahmudovla görüş keçirildi. Tədbiri MKS-in direktoru M. Abdullayeva açdı və səbəbkara söz verdi. Geniş və əhatəli çıxış hər kəsin ürəyincə oldu və onları maraqlandıran suallar cavablandırıldı. Şeirə, sənətə qiymət verən Rəşid Mahmudov hər kəsi dinləməkdən məmnun oldu. Çıxışçılardan Nurəddin Mirzəxanlı, Xaliq Laçınlı, Cavanşir Əsgər, Esmira Məmmədli, Aybəniz Qafarlı, Əzizə Ağahüseynqızı, Tahir Əyyuboğlu, Rəna Mərzili, Nazilə Gültac, Qəzənfər Məsimoğlu, Nuridə Misir, Səmayə Güləliqızı, Ruslan Məmmədov, Bəydadaş Cəfərli, Elmira Aslanxanlı, Səadət Kamilqızı, Hümbət Məmmədov, Mütalib Tahiroğlu, Gülpəri Əhmədova, Pərvanə Muradova, Ərşad Məhərrəmli, Aytən Təhmasib, Ruşən, Vüsal Ağayev, Zöhrə Cəfərova, Nailə Müəllim, Sənan Çıraq, Aydın Adıgözəlov, Xəlil Əhmədəliyev və Pərviz Axundun çıxışları tədbiri rəngarəng etdi. Eyni zamanda Aşıq Azər Fərmayıloğlu, Pərviz Axund, qiraətçi Bahar Abbasova, Əzizə Ağahüseynqızı iştirakçılara tədbirboyu bədii zövq verdi.

Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.