Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon MKS
Tədbirlər
13 Dekabr , 2019

13.12.2019-cu il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında Şirvan şəhərində yaşayan, Respublikanın Əməkdar Jurnalisti, dərin poetikliyi, həzin, kövrək səmimiyyəti ilə seçilən şair Tofiq Hüseynlə görüş-tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS -in direktoru M.Abdullayeva açdı və sözü müəllifə verdi. Müəllif özü və yaradıcılığı haqqında məlumat verdi və şeirlərindən nümunələri diqqətə çatdırdı. Tədbirdə Milli Hüquq Evinin direktoru Nicat Gözəlov, şairlərdə Nurəddin Mirzəxanlı, Xaliq Laçınlı, Hümbət Məmmədov, Mütalib Tahiroğlu, Vüsal Ağayev, Esmira Məmmədli, Səmayə Güləliqızı, Könül Kərimova, kitabxananın əməkdaşı Pərvanə Muradova və rəssamı Zöhrə Cəfərova çıxış etdi və müəllifin şeirlərindən səsləndirdilər. Sonda müəllif kitablarından kitabxanaya hədiyyə etdi.

Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.
Melahet Yusifqizi adlı şəxsin şəkli.